Demi Murun pəhrizi və gözəllik sirləri

Demi Murun pəhrizi və gözəllik sirləri
3563 dəfə oxunub
  • A-
  • A
  • A+

49 yaşlı məşhur Hollivud aktrisası Demi Mur gözəllik sirlərindən danışıb.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hər zaman çəkilişlərdə olan və ağır makiyajdan istifadə edən aktrisa dərini qorumağın üsullarından söz açıb.

O, gözəlliyini qida rejiminə borclu olduğunu söyləyib. Bişmiş qidalardan qaçan aktrisa qida rasionunun 75 faizini çiy yeməklərin təşkil etdiyini deyib. Əsas məhsullara gəlincə, bunlar arasında meyvə quruları, fındıq, pomidor, çay və sitrus şirələri üstünlük təşkil edir. Demi bol istiotdan yararlanaraq maddələr mübadiləsinin stimullaşdırılmasını və piylərin əriməsinin sürətlənidirilməsini təmin edir. Yeməklərin dadlı olması üçün ona azca pomidor əlavə edən Demi bunu ən az kalorili tərəvəzin pomidor olması ilə əlaqələndirir. Şirniyyatdan imtina edən Murun menyusunu sizə təqdim edirik:

Səhər yeməyi:

Balqabaq, badam, meyvələrdən hazırlanmış salat, yağsız süd

Nahar:

Mərci, kələm, avokado və pomidordan hazırlanmış salat, nanəli çay

Şam yeməyi:

Tərəvəz şorbası, fındıq, təzə moruq

Gün ərzində bol-bol su içən aktrisa aç çörəkdən imtina edib. Orqanizmin sağlam qidalanması həm dərinin gözəlləşməsinə, həm də daha cavan qalmağa kömək edir. Bundan başqa, Demi bədən quruluşunun cazibədarlığını qorumaq üçün üzgüçülük və yoqa ilə məşğul olur. Gündə 2-3 saat sevimli itləri ilə birgə gəzintiyə çıxır. Aktrisa günəş şüalarından qorunmaq üçün daim eynəklərdən istifadə edir, dərisinin nəmləndirilməsinə xüsusi əhəmiyyət verir, keyfiyyətli kosmetik vasitələrdən yararlanır. Saçlarına qarşı həssas davranan ulduz həftədə bir dəfə başının dərisini masaj etdirir.