Qaradərili olduğu üçün ona bu obrazı yaraşdırmadılar

Qaradərili olduğu üçün ona bu obrazı yaraşdırmadılar
4448 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur "Rusaloçka" ("Su pərisi") cizgi-filminin yenidənçəkiləcəyi bildirilib. Məsələnin qalmaqallı tərəfi isə ekran işində qaradərili Holli Beylinin rol almasıdır.

Axşam.az-ın məlumatına görə, 1989-cu ildə işıq üzü görən və yenidən lentə alınması planlaşdırılan filmdə qaradərili birinin olması düzgün hesab edilməyib.

Kinoşünasların əksəriyyəti aktrisanın bu rola uyğun olmadığını deyib. "Su pərisi necə qaradərili ola bilər" kimi suallar rejissora və filmin yaradıcı heyətinə ünvanlanıb.

Hələ ki yaradıcı heyət tənqidlərlə bağlı heç bir açıqlama yaymayıb.