Skarlett Yohanssonun gözəllik sirləri

Skarlett Yohanssonun gözəllik sirləri
3162 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın ən seksual qadınlarından biri, sarışın Skarlett Yohansson gözəlliyi, şuxluğu və cazibədarlığı ilə hər kəsi özünə heyran qoyur. 30 yaş astanasında olan aktrisanın formada qalmasının bəzi sirləri var.

Dəriyə qulluq

Skarlett uşaqlıqdan dəri xərçəngindən qorxduğu üçün günəş altında az qalmağa çalışır. O, istənilən şəraitdə günəşdən qoruyucu kremlərdən istifadə edir. Aktrisanın parlaq dərisinin bir sirri də günaşırı üzünü alma sirkəsiylə silməsindədir.

Skarlettin sözlərinə görə, qırışlarla mübarizənin ən yaxşı yolu üz massajıdır. Doğru massaj mütləq şəkildə ağrı ilə müşayiət olunur. Aktrisa hətta bir dəfə seans zamanı ağrıdan ağladığını da qeyd edib.



Stili

Yohanssonun qırmızı xalı üçün seçimi retro Hollivud üslubudur: 40-cı illərin dalğalı saç düzümü və sadə makiyaj.



Pəhrizlərə yox

Heyranedici bədən quruluşu olan Yohansson bunu idmana və gərgin iş qrafikinə borclu olduğunu deyir. Aktrisanın gözəllik sirlərindən biri onun heç vaxt pəhriz saxlamamasındadır. Bu metodların effektiv olduğunun sübutu isə kinodivanın çəkildiyi filmlər və reklam çarxlarıdır.



Mənbə: buro247.az