Zöhrə: “Maska yaxmaqla gözəlləşmək olar?”

Zöhrə: “Maska yaxmaqla gözəlləşmək olar?”
3336 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Zöhrə Abdullayeva son zamanlar gündəmdə olan baxımlılıq məsələsindən danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni xanımların maska və digər baxım vasitələri ilə üzünə qulluq etməsinə qarşı çıxdığını bildirib:

“Özlərinə iş tapıblar, üzlərinə maska yaxırlar ki, gözəl olsunlar. Bu yolla da gözəlləşmək olar? O təbiilik İlahidən gəlməlidir. Mən də özümə baxıram, təmizkar olmağa üstünlük verirəm. Amma maskalarla gözəlləşməyə çalışmıram. Buna görə də ürəyimi təmiz etməliyəm. İnsanın qəlbi saf olmalıdır ki, bu, üzünə vursun. Heç bir münaqişəylə maraqlanmıram. Efirdəki qalmaqalları izləmirəm, heç xəbərim də olmur ki, kim-kimlə dalaşdı. Buna görə də cavan qalıram”.