Xalq artistinə “Qızıl göz” verildi

Xalq artistinə “Qızıl göz” verildi
835 dəfə oxunub
  • A-
  • A
  • A+

Həmvətənimiz, rusiyalı kinorejissor, ssenarist və fotorəssam, Azərbaycanın Xalq artisti, Rusiya Federasiyasının Əməkdar İncəsənət xadimi Tofiq Şahverdiyev Peşəkar Fotoqraflar Beynəlxalq Gildiyasının “Qızıl göz” mükafatına layiq görülüb.

Axşam.az “AzərTac”a istinadən xəbər verir ki, Rusiya Jurnalistlər İttifaqında Mətbuat balı təşkil edilib. Tədbirdə peşə mükafatlarının təqdimetmə mərasimi keçirilib. Həmvətənimiz, tanınmış kinorejissor, ssenarist və fotorəssam, Azərbaycanın Xalq artisti, Rusiyanın Əməkdar İncəsənət xadimi Tofiq Şahverdiyevə Peşəkar Fotoqraflar Beynəlxalq Gildiyasının “Qızıl göz” mükafatı təqdim edilib.

Ümumdünya Rus Mətbuatı Assosiasiyasının prezidenti Vitali İqnatenko, Rusiya televiziyasının veteranı Aleksandr Tixomirov, “Moskovski komsomolets” nəşrinin baş redaktoru Pavel Qusev “Rusiya jurnalistikasının əfsanələri” adlandırılıblar.