Bu meyvələri niyə yeməliyik?

Bu meyvələri niyə yeməliyik?
3649 dəfə oxunub
  • A-
  • A
  • A+

Xaricdən gətirilən bəzi meyvələrin orqanizm üçün hansı faydalarının olduğunu bilirsiz? Onların bəzisi sizi arıqlada, bəzisi isə vitamin balansınızı təmin edə bilər.

Axşam.az məşhur meyvələrin orqanizmə xeyrini təqdim edir:

· Avokado - tərkibi B vitamini ilə zəngindir. Gündə bir avokadonun yarısını yemək dərini gözəlləşdirir, saçları və dırnaqları bərkidir. Avokadonun tərkibində xolesterinin dərəcəsini azaldan olein turşusu var. Həm də bu meyvənin tərkibində cinsi gücü artıran maddə mövcuddur.

· Ananas - ən az kalorisi olan meyvədir. Piylərin əridilməsində ən gözəl köməkçidir. Tərkibində brom var.

· Banan - bu meyvə əla fastfood-dur. Qısa zamanda aclığı aradan qaldırır. Həm də bananın tərkibində xoşbəxtlik hormonları mövcuddur. İnsana depressiyadan çıxmağa kömək edir.

· Kivi - təkcə bir meyvə orqanizmi C vitamini ilə təmin edəcək. Bədəndəki bütün virusları məhv edir. Tərkibində olan maqnium ürəyin normal işləməsinə kömək edir.

Manqo - yüksək C vitamininə malikdir. Qan dövranı narahatçılq verdiyi təqdirdə müalicə üçün əsl faydaverici meyvədir. Xərçəngdən qoruyur, göz üçün xeyirlidir, həzmi yaxşılaşdırır, yaddaşı möhkəmlədir.