Piylərin qənimi detoks şorba

Piylərin qənimi detoks şorba
2999 dəfə oxunub
  • A-
  • A
  • A+

Yay yaxınlaşdıqca qarderobumuzda incə paltarlar öz yerini alır. Qış aylarında alınan çəkiləri atmaq üçün müxtəlif üsullardan istifadə edirik. Bəzilərimiz ciddi pəhriz, bəzilərimiz də idmanla məşğul oluruq.

Axşam.az sizə qısa müddətdə çəki verib, eyni zamanda bədənimizdən toksinləri atacaq şorba reseptini təqdim edir.

Tox tutan, üstəlik də vitaminlə zəngin şorbanı günün istənilən saatında yeyə bilərsiz.

Ərzaqlar:

1 ədəd pomidor, 1 ədəd yaşıl və qırmızı bibər, 1 ədəd qırmızı soğan, kiçik ölçüdə çuğundur, 4 x.q qırmızı mərcimək, duz, qara və qırmızı istiot, 5 st su

Bütün ərzaqları qarışdırıb, üzərinə su tökürük. Vam odda yarım saat bişirib, blenderdən keçiririk.

Bu şorba eyni zamanda qəbizlikdən şikayəti olan şəxslər üçün nəzərdə tutulub.