Sellülitləri yox edən skrab

Sellülitləri yox edən skrab
2708 dəfə oxunub
  • A-
  • A
  • A+
Bəzən arıq olan xanımlar ayaqlarında, kürəkdə sellülitlərin yaranmasından şikayət edir. Artıq çəkidən xilas olduqdan sonra qalan izləri aradan qaldırmaq heç də çətin deyil.

Axşam.az xəbər verir ki, bununla bağlı salonlarda bahalı aparatlara pul tökmək lazım deyil. Evdə hazırlayacağınız skrab ayaqlarınızı tərtəmiz edəcək:

2 almanı sürtgəcdən keçirin. Üzərinə 2 xörək qaşığı şəkər tozu, 3 xörək qaşığı, kəsmik və 1 xörək qaşığı zeytun yağı töküb, skrab hazırlayın.

Həftədə üç dəfə bu skrabla budları masaj edin. Beləcə, sellülit problemini tez bir zamanda həll etmiş olacaqsınız.