Qırmızı bibər yeyərək arıqlayın

Qırmızı bibər yeyərək arıqlayın
1326 dəfə oxunub
  • A-
  • A
  • A+

Mütəxəssislər tez bir zamanda arıqlamaq və gözəl görünüşə sahib olmaq istəyən xanımlara qırmızı acı bibər yeməyi tövsiyə edirlər.

Axşam.az-ın məlumatına görə, qırmızı bibər bədəni istilədərək yağların əriməsinə səbəb olur. Bədənin istiləşməsi maddələr mübadiləsinin sürətli getməsi nəticəsində baş verir. Beləcə enerji sərf olunur və yağlar əriyir. Əgər acı bibər yeməkdə çətinlik çəkirsizinizsə, ondan yeməklərinizdə istifadə etməklə də arıqlaya bilərsiniz. Bu zaman təkcə qırmızı acı bibərdən deyil, quru və toz şəklində olan bibərdən də yararlana bilərsiniz. Xüsusi bir məqamı da qeyd etmək lazımdır ki, mədə problemi olanlara bu şəkildə arıqlamaq məsləhət görülmür.

Xatırladaq ki, maddələr mübadiləsinin yaxşı getməsi üçün yaşıl çay və sudan da istifadə etmək məsləhətdir.