Toya görə Abel Məhərrəmovla Əli Abbasov da cəzalandırıldı

Toya görə Abel Məhərrəmovla Əli Abbasov da cəzalandırıldı
2999 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezident Aparatının keçmiş rəhbəri, AMEA rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən sabiq nazir və sabiq deputat cərimələnib.

Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, BDU-nun keçmiş rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri, AMEA rəhbəri Ramiz Mehdiyevin müşaviri Əli Abbasov və Filarmoniyanın direktoru Murad Adıgözəllinin hər biri karantin rejiminin qaydalarını pozaraq toyda iştirak etdiyi üçün polis tərəfindən 400 manat cərimə olunublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib.