Siyavuş Novruzovla Ombudsman xanımı da cərimələndi

Siyavuş Novruzovla Ombudsman xanımı da cərimələndi
3520 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov, onun həyat yoldaşı, Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva da cəzalandırılıb.

Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, S.Novruzov və həyat yoldaşı Səbinə Əliyeva Daxili İşlər Nazirliyi tərəfindən 400 manat cərimə olunublar. Bundan başqa, Filarmoniyanın direktoru Murad Adıgözəlzadənin xanımı  Aysel Teymurzadə də eyni məbləğdə cərimə olunub.