General Polad Həşimovla polkovnik İlqar Mirzəyevin anım mərasimi keçirilib - Fotolar

General Polad Həşimovla polkovnik İlqar Mirzəyevin anım mərasimi keçirilib -  Fotolar
2293 dəfə oxunub
  • A-
  • A
  • A+

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən şəhid olan hərbi qulluqçuların anım mərasimləri keçirilib.

Axşam.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Müdafiə nazirinin tapşırığına əsasən nazirliyin bir qrup hərbi qulluqçusu general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər şəhidlərin məzarlarını ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrini  ehtiramla yad edib və onların ailə üzvlərinə nazirliyin rəhbərliyi adından bir daha başsağlığı çatdırıblar.

Müxtəlif bölgələrdə keçirilən anım mərasimlərində şəhidlərin ailə üzvləri, xidmət yoldaşları, yerli icra hakimiyyəti, dövlət strukturları, ictimai təşkilatların nümayəndələri və veteranlar iştirak ediblər.