"Gözləmədiyimiz vaxtda həyatımızı dəyişdin"

"Gözləmədiyimiz vaxtda həyatımızı dəyişdin"
6274 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elçin Cəfərov "Boş ver" adlı yeni mahnısını təqdim edib.

Axşam.az xəbər verir ki, sənətçi koronavirus infeksiyasına həsr etdiyi mahnıya animasiya janrında klip də hazırlayıb. Bəstənin müəllifi Elçinin özüdür.

"Gözləmədiyimiz vaxtda həyatımızı dəyişən, şənbə və bazar günlərini istirahət günü bildiyimiz halda bizi evdə qalmağa məcbur edən, hər gün ayrı-ayrı xəbərlərlə üzən koronavirus. Amma həyat mübarizəni sevir, ümidinizi heç vaxt üzməyin. Boş verin. Bu yeni işimizdə üzünüzə bir balaca da olsa, təbəssüm bəxş edə bildiksə, çox xoş bizim halımıza" deyə, Elçin söyləyib.