Mədəniyyət Nazirliyində yeni təyinatlar

Mədəniyyət Nazirliyində yeni təyinatlar
1327 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət Nazirliyində yeni kadr dəyişikləri olub.

Axşam.az xəbər verir ki, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Nəsibov İlkin Kamal oğlu nazirliyin Texniki təchizat və əmlakın idarəedilməsi şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Anar Kərimovun digər əmrinə əsasən Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Hüseynova Azadə Cəlil qızı öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub. Muzey işi və mədəni sərvətlərə nəzarət şöbənin müdiri vəzifəsinin səlahiyyətlərinin icrası Anar Kərimovun müvafiq əmri ilə Abdullayeva Nərgiz Faiq qızına həvalə edilib.