Xalça Muzeyi bu tarixdən fəaliyyətə başlayır

Xalça Muzeyi bu tarixdən fəaliyyətə başlayır
726 dəfə oxunub
  • A-
  • A
  • A+

Ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində həyata keçirilən preventiv tədbirlər, həmçinin əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına əməl etməsi nəticəsində yoluxma hallarının azalmasına nail olunub, sanitar-epidemioloji vəziyyət stabilləşib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılıb, yumşalmalar təmin edilib, o cümlədən muzey və sərgi zallarının fəaliyyəti bərpa olunub.

Axşam.az xəbər verir ki, Azərbaycan Milli Xalça Muzeyi də sentyabrın 2-dən fəaliyyətini bərpa edəcək. Muzey həftə içi çərşənbə axşamı–cümə günləri, saat 10.00-dan 19.00-dək açıq olacaq. Muzeyin fəaliyyəti mövcud qaydalara, sanitar normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunacaq, muzeyə 10 nəfərdən çox olmayan qruplar buraxılacaq. Şənbə-bazar günləri dezinfeksiya işləri ilə əlaqədar muzey ictimaiyyət üçün bağlı olacaq.

Asudə vaxtını maraqlı və səmərəli keçirmək istəyənlər sentyabrın 2-dən Azərbaycan Milli Xalça Muzeyini ziyarət edə bilər.