Xəstəliklərimizin ən böyük səbəbkarı orqanizmin çirklənməsidir. Gün ərzində qəbul etdiyimiz qidalar vasitəsilə bədənimizə yüzlərlə bakteriyalar daxil olur.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, orqanizmin infeksiyalardan təmizlənməsi sağlam həyat və uzun ömür deməkdir. Qanı təmizləmək üçün aşağıdakıları edə bilərsiniz:

· Payızda zəncirotunun kökünü yığıb qurut. 2 xörək qaşığı zəncirotu kökündən 1 stəkan qaynar suya töküb, vam odda 10 dəqiqə qaynat. Kənara qoyub, 40 dəqiqə saxla. Gündə 3 dəfə yeməkdən 15 dəqiqə əvvəl bu qarışıqdan yarım stəkan qəbul etmək qandakı çirki təmizləyəcək. Müalicə 1 həftə davam etdirilməlidir.

· Fincana süd və tünd dəmlənmiş çay tök. Üzərinə 2 çay qaşığı şəkər tozu və ya bal əlavə edib, gündə 4 dəfə iç. Müalicəni 1 həftədən artıq təkrarlamaq olmaz.



                 

Xəbər lenti