Müğənni Ani Lorakın özünəməxsus gözəllik sirləri var. Hər zaman baxımlı görünən, formada olan ifaçı bu dəfə sirrlərini bölüşüb.

Axşam.az Rusiya mətbuatına istinadən ulduzun gözəllik sirrlərini təqdim edir:

Rejimi
Səhəri mütləq duşla başlayır. Özü də bacardıqca soyuq su ilə yuyunur. Əgər yuxudan doymayıbsa, yarıyuxulu da olsa duşa girir, bərkdən oxuyur, hətta qışqırır. Dərhal adama enerji gəlir.

Bədən dərisinə qulluq
Mütləq həftədə bir dəfə ballı-ərikli skrabla bədənini sürtür. Hər dəfə duşdan sonra bütün bədəninə yumşaldıcı krem çəkirəm.

Kosmetika çantasında nələr var?
Chanel dodaq parıltısı, MAC kirşanı, Yves Laurent-dən korrektor, Lancome karandaşı

Üzə qulluq
"Heç vaxt üzünüzə tərkibi məlum olmayan kremlər, kirşanlar çəkməyin. Hər axşam mütləq kosmetika qalığını silin, təmizləyin, sonra yatın. Yoxsa səhər üzünüz yorğun,tutqun, əzgin görünəcək. Üzə qulluğun 3 vacib şərti" - deyə, o, bildirib.
1. Üz və bədənə yaxşı pilinq edin ki, məsamələr açılsın.
2.  Çiməndən sonra mütləq üz və bədənə nəmləndirici krem çəkin.
3.  Göz üçün korrektoru yanınızdan əskik etməyin. Mən evdən gözümün altına korrektor çəkmədən çıxmıram. Rejimim ağırdır, yuxum az, gözlərimin altını ancaq korrektor gizlədir.

Yuxuya qənaət etməyin
Ani Lorakın fikrincə, qadın nəyə qənaət edirsə etsin, yuxuya qənaət etməməlidir. İmkan varsa, saat 11-də yatmağa gedin. Çünki o saatdan başlayaraq dəri dincəlməyə, hüceyrələr yenilənməyə başlayır.

Gimnastikası
Evdə bu proqrama əməl edir: 50 dəfə ayaqlar üçün hərəkətlər, 30  dəfə qarın presi. Yuxudan oyanan kimi yerindəcə ayaqlarını qaldırıb endirir, ən azı 30 dəfə. Arada əzələlərini şpaqatla açır. Gimnastikada nəticə onda olur ki, sən onu hər gün edirsən və heç zaman unutmursan.

Pəhrizi
Qastrollarda, çəkilişlərdə qida rejimi pozulur, ayaqüstü, xüsusən yatmazdan əvvəl yemək bədəni əldən salır. "Özü də piylər həmişə lazım olmayan yerlərdə yığılır. Hər bir qadın bilməlidir ki, o kökələndə birinci və ən çox hansı nahiyəsi piy yığır? Bunu bildikdə həmin nahiyəyə görə hərəkətlər tapmalıdır. Mən pəhriz saxlamıram, məcbur olanda yağlı da yeyirəm, qazlı su da içirəm, şokolad da dadıram" deyə, müğənni vurğulayıb.

Aninin qızıl qaydası isə budur: "Heç vaxt doyana kimi, mədəmi doldurmuram. Yatmazdan 3 saat əvvəl yemək və çayımı içirəm. Axşamlar su içmirəm, yoxsa səhərə üzüm şişir.  30 yaşımdan idman zalına getməyə məcbur oldum. Boyum balaca olduğumdan çəkim də az olmalıdır. Hələ ki, press və az yeməklə çəkimi saxlayıram.

Anamın məsləhət gördüyü resept superdir: təzə çiyələyi əzirsən, üzünə çəkirsən. Bir də xiyar dilimləri... Mən onları yatanda da üzümə, gözümün üstünə, hətta boynuma düzürəm".



                 

Xəbər lenti