Xalça Muzeyində “Cırtdan” kölgə teatrı göstəriləcək

Xalça Muzeyində “Cırtdan” kölgə teatrı göstəriləcək
977 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Milli Xalça Muzeyi həmişə olduğu kimi, balaca dostlarını sevindirməyə davam edir.

Axşam.az xəbər verir ki, hər həftənin IV günü saat 16:30-da muzeyin Uşaq şöbəsi tərəfindən “Cırtdan” kölgə teatrı göstəriləcək. Tamaşa surdo tərcümə ilə müşayiət olunacaq.

Muzeydə mövcud karantin qaydalarına, sanitar normalarına və metodiki göstərişlərin tələblərinə tam riayət olunur, tamaşaya 10 nəfərdən çox olmayan qruplar buraxılır.