Hacı Zeynalabdin Tağıyevin heykəli nə vaxt ucaldılacaq?

Hacı Zeynalabdin Tağıyevin heykəli nə vaxt ucaldılacaq?
732 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı şəhərində milli mesenat Hacı Zeynalabdin Tağıyevin heykəlinin yaxın iki ayda qoyulması planlaşdırılır.

Axşam.az "AzərTac"a istinadən xəbər verir ki, bu barədə heykəlin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov məlumat verib.

Xanlar Əhmədov qeyd edib ki, heykəl bu il Novruz bayramı ərəfəsində qoyulmalı idi:

“Lakin koronavirus pandemiyası səbəbindən bu əlamətdar hadisə bir neçə aydır ki, yubanır. Yəqin ki, yaxın iki ayda məsələ həll olunacaq”.

Xalq rəssamı həmçinin vurğulayıb ki, heykəlin tamamlanması və ucaldılması məsələsi müvafiq qurumların diqqətindədir və mütəmadi olaraq onunla bu işlə bağlı əlaqə saxlanılır.

Xatırladaq ki, Tağıyevin heykəlinin hazırlanması ilə bağlı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən heykəltəraşlıq müsabiqəsinə 20-dən çox layihə təqdim olunmuşdu. Onların arasından heykəltəraş Xanlar Əhmədovun layihəsi seçilib.

Onu da qeyd edək ki, metronun “İçərişəhər” stansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılacaq heykəl üç metr hündürlüyündə olacaq. Tağıyevi ayaq üstə təsvir edən heykəl tunc, qırmızı və qara qranitdən hazırlanıb.