Düşmən növbəti təxribata əl atıb - Xəbərdarlıq

Düşmən növbəti təxribata əl atıb -  Xəbərdarlıq
2261 dəfə oxunub
  • A-
  • A
  • A+

Cəbhədə mövqe itirən və geri çəkilməyə məcbur olan Ermənistan növbəti təxribata əl atıb.

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) Axşam.az-a verilən məlumata görə, cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlarımızın stasionar telefonlarına müxtəlif ölkə kodlu nömrələrdən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin adından həqiqətə uyğun olmayan məlumatlar çatdıran zənglər daxil olur. Məqsəd, həmişəki kimi, dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.

"Nazirliyin Elektron Təhlükəsizlik Xidməti vətəndaşların diqqətinə çatdırır ki, bu məlumatlar həqiqəti əks etdirmir", - nazirlikdən bildirilib.