Xuramandan yeni klip - "Azərbaycan"

Xuramandan yeni klip -  "Azərbaycan"
1025 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Xuraman Şuşalı yeni mahnısını təqdim edib.

Axşam.az xəbər verir ki, "Azərbaycan" adlanan mahnının sözləri şair Mirəli Vəkiloğlu, musiqisi isə ifaçının özünə aiddir. Xuraman bildirib ki, ekran işinin həllini rejissor Aydın Asədullaya həvalə edib.

Yeni işindən bəhs edən Xuraman bildirib ki, hazırda Şuşadakı evlərinə qayıdacağı günü səbirsizliklə gözləyir:

"Təəssüf ki, valideynlərim torpaq həsrəti ilə bu dünyadan köçdülər. Qələbə xəbərini eşidə bilmədilər. İnanıram ki, yaxın günlərdə bizə doğma Şuşamıza dönmək nəsib olacaq. Bizi bu zəfərə doğru aparan hərbçilərimizə Allah güc versin".