Şuşada Kulinariya Festivalı keçiriləcək

Şuşada Kulinariya Festivalı keçiriləcək
686 dəfə oxunub
  • A-
  • A
  • A+

Gələn il Şuşada Beynəlxalq Kulinariya Festivalı keçiriləcək.

Axşam.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Kulinariya Mərkəzinin sədri Tahir Əmiraslanov Trend-ə açıqlamasında qeyd edib.

Bildirilib ki, tədbir avqustun 10-da start götürəcək və beş gün davam edəcək. Festival Qarabağ mətbəxinə həsr ediləcək və 5 nəfərdən ibarət qruplar yarışacaq.

İştirakla bağlı müraciətlər 1 iyun, 2021-ci ilədək qəbul ediləcək.