Əyyub Quliyevə Macarıstanın ən yüksək mükafatı verildi

Əyyub Quliyevə Macarıstanın ən yüksək mükafatı verildi
440 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyev Macarıstanın ən yüksək dövlət mükafatı - “Qızıl Xaç” ordeni ilə təltif olunub.

Axşam.az xəbər verir ki, mükafat Macarıstan Prezidenti Yanoş Aderin və Baş nazir Viktor Orbanın sərəncamları ilə verilib.

Əyyub Quliyev bu mükafata mədəniyyət sahəsində əldə etdiyi uğurlara və Azərbaycanla Macarıstan arasında mədəni əlaqələrin inkişafına verdiyi xüsusi töhfələrə görə layiq bilinib.

Ordenin təqdimat mərasiminin Macarıstanın Azərbaycandakı səfirliyində keçirilməsi planlaşdırılır.