Rafael Abbasov dünyasını dəyişib

Rafael Abbasov dünyasını dəyişib
1953 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar rəssam Rafael Abbasov vəfat edib.

Axşam.az APA-ya istinadən xəbər verir ki, bu barədə rəssamın oğlu Rəşad Abbasov məlumat verib.

O, atasının ürək xəstəliyindən əziyyət çəkdiyini, bu gün günorta saatlarında vəfat etdiyini bildirib.

Rəssam bu gün, Maştağa qəsəbə qəbiristanlığında dəfn olunub.

Rəfael Abbas oğlu Abbasov 1943-cü ildə Bakıda anadan olub. 1960 – 1965-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini, 1968 – 1974-cü illərdə M. Əliyev adına Azərbaycan Dövlət Universiteti bitirib. 1979-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, 1967 – ci ildən Respublika və Beynəlxalq sərgilərin iştirakçısı olub.

2006-cı ildə Əməkdar rəssam fəxri adına layiq görülüb.

Əsərləri Almaniya, ABŞ, Meksika, Hollandiya, Avstriya, Rusiya, İngiltərə, Fransa, Türkiyə, Yaponiya, Koreya, Şri Lankada nümayiş etdirilib. Əsərləri Azərbaycan, Almaniya, ABŞ, Meksika, Koreya, Kanada, Koreya, Türkiyə, Özbəkistan, Latviya, Belarusiya, Rusiya qalereyasında və şəxsi kolleksiyalarda saxlanılır.

Allah rətmət eləsin!