Əyyub Quliyev holland agentliklə müqavilə bağladı - Foto

Əyyub Quliyev holland agentliklə müqavilə bağladı -  Foto
686 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyev Hollandiyanın nüfüzlu musiqi agentliyi TACT ilə müqavilə imzalayıb.

Axşam.az xəbər verir ki, müqavilənin şərtlərinə əsasən, 2020-ci ilin dekabrından başlayaraq azərbaycanlı dirijorun dünya üzrə konsertlərinin, orkestrlərlə çıxışlarının və səhnə fəaliyyətinin təşkilatına eksklüziv olaraq holland agentliyi nəzarət edəcək. Agentlik tərəfdən müqaviləni onun prezidenti Dari Dimova imzalayıb. TACT agentliyinin artistlər bölməsinin rəhbəri Aleks Grigoryev (Almaniya), dirijorlar bölməsinin rəhbəri Pavel Martsiniak (İspaniya/Polşa) və Ekaterina Yazıkova (Rusiya) Əyyub Quliyevin menecmentinə rəhbərlik edəcəklər. Son illər ərzində TACT agentliyi dünyanın məşhur opera mügənniləri, dirijorları və rejissorları ilə yaradıcı əlaqələr və böyük lahiyələr gerçəkləşdirməyə nail olub.

Qeyd edək ki, Xalq artistləri Dinarə Əliyeva, Elçin Əzizov və Əvəz Abdulla da TACT agentliyi ilə əməkdaşlıq edirlər.