Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin 40 illik yubileyi keçirilib - Fotolar

Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin 40 illik yubileyi keçirilib -  Fotolar
435 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 11-də Azərbaycan Milli İncəsənət Muzeyində İtaliyanın Sartirano yarmarkasından satın alınaraq Vətənə gətirilən xalçaların təqdimatı və Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yaranmasının 40 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Mədəniyyət Nazirliyindən Axşam.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov açaraq Qarabağın düşmən işğalından azad edilməsi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun qazandığı Qələbə münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıb.

Mədəniyyət Nazirliyi tərəfindən satın alınan xalçalar haqqında məlumat verən Anar Kərimov bildirib ki, İtaliyanın məşhur Sartirano yarmarkasında satışa çıxarılan XVII-XIX əsrlərə aid elmi, bədii, tarixi və muzey əhəmiyyəti kəsb edən 3 ədəd unikal Azərbaycan xalçası ölkəmizə gətirilib: “Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daim diqqət və qayğı göstərilən xalçaçılıq sənətinin inkişafı, beynəlxalq arenada tanıdılması, dünya şöhrətli muzeylərdə qorunan Azərbaycan xalçalarına düzgün atribusiyanın verilməsi, xarici hərrac və auksionlarda satışa çıxarılan xalçalarımızın alınaraq ölkəmizə geri qaytarılması istiqamətində mühüm işlər görülür.