Deputat, müəllim və həkimlərə söz atdılar - Video

Deputat, müəllim və həkimlərə söz atdılar - Video
2117 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Röya Ayxan müğənni Raufla duet layihəsini təqdim edib.

Axşam.az-ın məlumatına görə, musiqisi Nicat Məlikov, sözləri Elnurə Nağıyev və Nicat Məlikova məxsus mahnı “Olar” adlanır.

Ekran işi cəsarətli səhnə performansı  və sözləri ilə diqqət çəkib. Belə ki, “Olar” layihəsində Röya və Rauf Uilyam Şekspirdən oxuyaraq deputat, müəllim, həkim və vəkillərə eyham ediblər.

Klipin çəkilişləri Bakı şəhərində olub və pandemiya dövründə tətbiq edilən karantin tədbirlərinə riayət edilib. Çəkiliş prosesində iştirak edən hər bir komanda üzvünün sosial məsafə, maska və s. kimi gigiyena qaydalarına əməl olunması təmin edilib, baş qəhrəmanlar “COVID-19” testini verdikdən sonra bir araya gəliblər.