Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunan videokonfrans keçirilib

Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunan videokonfrans keçirilib
342 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 25-də “Azərbaycanın ədəbi, mədəni və ictimai-siyasi həyatının fədaisi: Əbdürrəhim bəy Haqverdiyev - 150” mövzusunda videokonfrans keçirilib.

Axşam.az-ın məlumatına görə videokonfrans Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfransı UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Elnur Sultanov açaraq qeyd edib ki, Prezident İlham Əliyevin Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinin qeyd edilməsi haqqında sərəncamına uyğun olaraq müxtəlif təşkilatlar və dövlət qurumları tərəfindən yubiley tədbirləri keçirilir.

Virtual tədbirdə çıxış edən Anar Kərimov bildiribki, ötən il UNESCO Baş Konfransının 40-cı sessiyası çərçivəsində təşkilatın 2020-2021-ci illər üzrə yubileylər siyahısı təsdiq edilib. Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi də UNESCO-nun yubileylər siyahısına daxil edilib.

Anar Kərimov vurğulayıb, bu gün biz özümüzü xoşbəxt nəsil hesab etməliyik: “Ona görə xoşbəxt nəsilik ki, Haqverdiyevin dünyaya gəldiyi şəhərin adını artıq fərəhlə və vüqarla səsləndirə bilirik. Əminəm ki, bundan sonra da böyük maarifçi-demokrat ədibin əsərləri və ideyaları müstəqil dövlətimizin daha da möhkəmləndirilməsinə və xalqımızın gələcək inkişafına uğurla xidmət edəcək”.

Haqverdiyevin Şuşadakı evinin də işğal dövründə dağıdıldığını diqqətə çatdıran Anar Kərimov Mədəniyyət Nazirliyi tərəfindən Şuşada erməni vandalizminin qurbanı olmuş digər tarixi-mədəni irs nümunələrimiz, abidələrlə birlikdə görkəmli ədibin evinin də bərpa ediləcəyini və orada yazıçının ev-muzeyinin yaradılacağını bildirib.

Sonra Haqverdiyevin Şuşadakı evinin qalıqlarını əks etdirən videogörüntü nümayiş olunub.

A.Kərimov 2021-ci ildə nazirlik tərəfindən ədibə həsr olunan sənədli filmin ictimaiyyətə təqdim olunacağını da diqqətə çatdırıb.

Videokonfrans çıxışlarla davam edib.