Xalq artisti Miri Yusif bu gün “Hayatım” adlı mahnısına çəkilən klipini təqdim edib.

Axşam.az xəbər verir ki, mahnı müğənninin Türkiyə üçün hazırladığı  “Al Təyyarə”  albomunda yer alacaq.

Türk dilində olan “Hayatım” mahnısının musiqisi və sözləri Jay Huna aiddir. Klipin rejissoru Zəki Bağırovdur.

“Al Təyyarə”  albomu 12 mahnıdan ibarətdir. Albomda həm Miri Yusifin hit mahnılarının türkcə versiyası, həm də türkiyəli dinləyicilər üçün yazılan orijinal bəstələr təqdim olunacaq.



                 

Xəbər lenti