Azərbaycan əsilli fransız aktyor koronavirusdan vəfat etdi

Azərbaycan əsilli fransız aktyor koronavirusdan vəfat etdi
1157 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur fransız aktyor, rejissor və ssenarist Robert Hosseyn 93 yaşında vəfat edib.

Axşam.az xəbər verir ki, bu haqda Fransa mətbuatı xəbər yayıb. Azərbaycan əsilli olduğu bildirilən aktyor bu gün koronovirus infeksiyasına yoluxub.

Anası ukraynalı pianoçu, atası azərbaycanlı olan R.Hossein 20-dən çox böyük tamaşanın müəllifidir. Aktyor vaxtilə Bakıda da səfərdə olub.

O, 1978-ci ildə Fransa paytaxtının İdman Sarayında təqdim olunan “Paris Notre Dame” tamaşası böyük uğur qazanıb. Bu tamaşa 580 mindən çox izləyici toplayıb. Robert Hossein “Döyüş gəmisi Potyomkin”, “Səfillər”, Yuli Sezar”, “İsa”, “Danton”, “Robespyer” kimi 20-dən çox filmin müəllifidir. Onun sonuncu filmi “Məryəm adlı qadın” filmi olub.