Peyvəndin virusdan qoruma ehtimalı nə qədərdir?

Peyvəndin virusdan qoruma ehtimalı nə qədərdir?
774 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu ildən etibarən bir çox ölkələrdə koronavirusa qarşı kütləvi vaksinasiyaya başlanılacaq. Belə olan halda insanları bir sual düşündürür:  Peyvənd virusdan nə qədər qoruyacaq? Vaksin vurulan şəxsin bir daha virusa yoluxma ehtimalı varmı?

Axşam.az xarici KİV-nə istinadən bildirir ki, koronvirusa qarşı edilən peyvənd  2-3 həftə sonra qorumağa başlayır. İkinci dəfə vurulduqdan sonra isə 6 aya qədər qoruma ehtimalı var.

Peyvənd olunan insan sonradan virusa yoluxa bilər. Lakin xəstə bu dəfə yoluxmanı ağır simptomlarla keçirmir.  Vaksinasiyadan sonra bədən immunitetini bərpa edir və xəstəlikdən qoruyur.

Lakin peyvənd olunduqdan sonra virusa yoluxan insanın başqasına yoluxdurma ehtimalının nə qədər olduğu hələki məlum deyil. Növbəti aylarda bunun üzərində araşdırmalar aparılacağı deyilir.

Koronavirus peyvəndinin mənfi təsiri isə digər peyvəndlər kimi sadəcə vuluduğu yerdə ağrı, qızartı yaratmasıdır.