“Xristian irsimizi tanıyaq”: Müqəddəs Jen-Mironosits kilsəsi - Video

“Xristian irsimizi tanıyaq”: Müqəddəs Jen-Mironosits kilsəsi - Video
527 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində Müqəddəs Jen-Mironosits pravoslav kilsəsi barədə hazırlanan videoçarxı təqdim edib.

Bu barədə Axşam.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Kilsə 1909-cu ildə memar M.F.Verjbitskinin layihəsi əsasında rus stilində, məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilib.

Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi 2001-ci il mayın 27-də Azərbaycana səfəri zamanı bu məbədi müqəddəs elan edib və ona baş kafedral kilsə statusu verib. Açılış mərasimində ulu öndər Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların rəhbərləri iştirak ediblər.