"Qremmi 2021"in vaxtı dəyişdirildi

"Qremmi 2021"in vaxtı dəyişdirildi
351 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ Milli İncəsənət və Texnologiya Akademiyası yanvarın 31-də keçirilməsi planlaşdırılan "63-cü Qremmi" mükafatlandırma mərasiminin vaxtını dəyişib.

Axşam.az xəbər verir ki, bu barədə "Rolling Stone" jurnalı məlumat yayıb.

Bildirilib ki, Kaliforniyada keçiriləcək tədbir koronavirusun sürətlə yayılmasına görə təxirə salınıb.

Mükafatlandırma mərasiminin dəqiq tarixi açıqlanmasa da, mart ayında baş tutacağı gözlənilir.

Qeyd edək ki, musiqiçilər "63-cü Qremmi" uğrunda 84 nominasiya üzrə mübarizə aparacaqlar.