Telefon Covid-19 xəstələrinin halını daha da pisləşdirir

Telefon Covid-19 xəstələrinin halını daha da pisləşdirir
579 dəfə oxunub
  • A-
  • A
  • A+
Covid-19-a yoluxan xəstələrin telefonla uzun müddət danışması onlarda oksigen çatışmazlığına səbəb olur.

Axşam.az xarici KİV-ə istinadən bildirir ki, koronavirus xəstələrinin müalicə aldığı xəstəxanalardan birində 3 ay mütəmadi olaraq araşdırmalar aparılıb.

Tədqiqatlardan sonra məlum olub ki, telefonla saatlarla danışmaq xəstələrin səhhətinə mənfi təsir edir. Bəzi xəstələr ölmə təhlükəsi ilə üz-üzə olduğuna görə yaxın tanışları və qohumları ilə həddən artıq danışaraq vaxt keçirir. Bu da onların normal tənnəffüsündə problemlər yaradır.

Xəstənin ünsiyyət hüququnun əlindən alınmayacağını deyən tibb işçiləri reanimasiyada olmayan xəstələrin mümkün qədər daha az telefon istifadə etmələrini məsləhət görür. Hətta telefonla çox təmasda olan xəstələrdə uzun müddət öskürək də müşahidə edilir.