Milli Dram Teatrının yanvar repertuarı

Milli Dram Teatrının yanvar repertuarı
434 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yanvar repertuarı açıqlanıb. Səhnə əsərləri teatrın “facebook”, “YouTube” səhifələrində və azdrama.az saytında onlayn olaraq yayımlanacaq.

Axşam.az həmin repertuarı təqdim edir:

9 yanvar – “Ölülər” (C.Məmmədquluzadə) – 19:00

10 yanvar – “Cəhənnəm sakinləri” (Elçin) – 19:00

16 yanvar - “Almaz” – (C.Cabbarlı) - 19:00

17 yanvar - “Ah bu uzun sevda yolu” - (Ə.Əmirli) - 19.00

20 yanvar - “Qarabağnamə” – (İ.Əfəndiyev) - 19.00

23 yanvar - “Özümüzü kəsən qılınc” (B.Vahabzadə) - 19.00

24 yanvar - “Mesenat” (Ə.Əmirli) - 19.00

30 yanvar - “Qətibə İnanc” (M.S.Ordubadi) - 19.00

31 yanvar - “Köhnə ev” (Ə.Əmirli) - 19.00

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib. Akademik Milli Dram Teatrının repertuarında olan M.S.Ordubadinin “Qılınc və qələm” əsəri əsasında hazırlanmış “Qətibə İnanc” tamaşasında böyük Azərbaycan şairi Nizami Gəncəvinin obrazı canlandırılıb.

Tamaşada teatrın aparıcı aktyorları iştirak edirlər.