Yüksək ürək döyüntüsü Covid-19 əlamətidir

Yüksək ürək döyüntüsü Covid-19 əlamətidir
920 dəfə oxunub
  • A-
  • A
  • A+

İndiyə qədər bir çox mənfi təsiri ortaya çıxan koronavirusun daha bir simptomu aşkar edilib.

Axşam.az xarici KİV-ə istinadən bildirir ki, 4 milyon insan üzərində aparılan analizlər nəticəsində nizamsız və ya yüksək ürək döyüntüsünün koronavirus əlamətlərindən biri olduğu məlum olub. Əvvəllər virus qızdırma, quru öskürək və yorğunluq kimi simptomlarla müşahidə edilirdi. İndi isə tənəffüs çətinliyi və ya nəfəs darlığı, sinə ağrısı kimi ciddi mənfi təsirlər verdiyi öyrənilib.

Ürək döyüntüsü dəqiqədə 100-dən artıq olduğu məlum olarsa, bu Covid-19 əlamətidir. Ürək döyüntüsünün nizamsızlığının və ya sürətlənməsinin böyük problem olduğunu deyən mütəxəssislər insanlara koronavirus testindən keçməyi tövsiyyə edir.