Bu səmimi fotoların səbəbi bəlli oldu - Video

Bu səmimi fotoların səbəbi bəlli oldu - Video
3835 dəfə oxunub
  • A-
  • A
  • A+
İş xanımı Ülkər Sultanla meyxanaçı Tərlan Novxanılının İstanbulda bir araya gəlməsinin səbəbi məlum olub.

Axşam.az xəbər verir ki, ifaçılar qardaş ölkədə klip çəkdiriblər. Müğənniliyə yeni başlayan Ülkər ilk duet ortağı kimi Tərlanı seçib.

Onlar birlikdə "Bəlkə də" adlı mahnı səsləndiriblər. Bəstənin sözləri Vüqar Vəlioğlu, musiqisi iranlı bəstəkar Barbod Hozouriyə məxsusdur. Ekran işinin rejissorluğu Nail Naiboğluna həvalə edilib.

Qeyd edək ki, səmimi fotoları yayılan Ülkər və Tərlanın görüntüləri müzakirələrə səbəb olmuşdu.