"Zəfər nəğməsi" onları bir araya gətirdi - Video

"Zəfər nəğməsi" onları bir araya gətirdi - Video
911 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artistləri Brilliant Dadaşova, Alim Qasımov, Samir Cəfərov, Tünzalə Ağayeva və müğənnilər Elçin Cəfərov, Zamiq Hüseynov bir araya gələrək layihə təqdim ediblər.

Axşam.az xəbər verir ki, ifaçılar Azərbaycanın 44 gün ərzində qazandığı qələbəyə həsr olunan "Zəfər nəğməsi"ni səsləndiriblər. Bəstənin  sözləri Xalq şairi Sabir Rüstəmxanlı, musiqisi isə Tərlan Məmmədhüseynov və müğənni Elçin Cəfərova aiddir.

Mahnıda müğənniləri "Natiq" ritm qrupu müşayiət edib. Bəstənin ekran həlli rejissor Fuad Əlişova həvalə olunub.