Teatrdan "Sarı gəlin" layihəsi - Video

Teatrdan "Sarı gəlin" layihəsi - Video
372 dəfə oxunub
  • A-
  • A
  • A+

Akademik Musiqili Teatrının yaradıcı kollektivi tarixi qələbəmizdən ilhamlanaraq yeni layihə hazırlayıb.

Axşam.az xəbər verir ki, teatrın yaradıcı heyəti bu dəfə məşhur müğənni Sami Yusifin ifasında səslənən "Sarı gəlin" xalq mahnısı əsasında hazırlanan milli dəyərləri özündə əks etdirən balet kompozisiyanı geniş tamaşaçı kütləsinə onlayn olaraq təqdim edib. Layihənin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, quruluşçu rejissoru Samir Qulamov, operator və montajçısı Hikmət Şahverdizadədir.

Quruluş verdiyi balet kompozisiyanın həm də ifaçısı olan Emin Əliyev layihə barəsində bəzi maraqlı məqamları açıqlayıb:

"Bildiyimiz kimi, bədnam qonşularımız hər zaman bu mahnını mənimsəməyə, özününküləşdirməyə çalışıb. Sami Yusifin ifasında səslənən "Sarı gəlin" kompozisiyası möhtəşəm əsərdir. Əliqismət müəllimin rəhbərliyi ilə həyata keçirilən bu layihənin qayəsi hamımıza aydındır. Kompozisiyanın əvvəlinin ingilis, sonradan isə ana dilimizdə ifa olması bu baxımdan çox əhəmiyyətlidir və onun rəqs dilində təqdimatı geniş tamaşaçı kütləsində böyük maraq doğuracaqdır. Biz bu ifada istedadlı balet artistimiz Mələkxanım Səfərova ilə birlikdə milli rəqslərimizin bütün incəliklərini qorumağa, bütün jest və rəqs hərəkətlərimizi mahnının sözlərinə uyğunlaşdırmağa çalışmışıq...".