"Eurovision 2021"də hansı dəyişikliklər olacaq?

"Eurovision 2021"də hansı dəyişikliklər olacaq?
383 dəfə oxunub
  • A-
  • A
  • A+

Beynəlxalq musiqi müsabiqəsi "Eurovision 2021" bu dəfə fərqli formatda keçiriləcək.

Axşam.az xəbər verir ki, bu haqda müsabiqənin təşkilatçıları yarışmanın rəsmi saytında məlumat yerləşdirib. Bildirilib ki, "Eurovision"ın pandemiyada keçirilməsi üçün 4 fərqli versiya irəli sürülüb. Onların hər biri adət etdiyimiz formatdan seçilib. 4 ssenari içərisindən üçü üzərində hazırda müzakirələr aparılır.

"Yarışmada komanda üzvlərindən sənətçilərədək yer alacaq hər kəsin sağlamlığı bizim üçün önəmlidir. Beynəlxalq prosessləri yaxından izləyirik. 3 ssenarini (B, C və D - red.) araşdırmağa və planlaşdırmağa davam edirik" deyə, yarışmanın icraçı məsləhətçisi Martin Österdahl söyləyib.

Rotterdamda keçirilməsi planlaşdırılan müsabiqədə 1,5 metr məsafəyə riayət etmək üçün konsert zalının hazırkı tutumu da əhəmiyyətli dərəcədə azaldılacaq. Əvvəl müsabiqəni canlı olaraq 25-35 min tamaşaçı izləyirdisə, bu il belə olmayacaq. Bilet alanlar isə pullarını geri alacaqlar.

"Eurovision"ı zalda neçə tamaşaçının izləyəcəyi apreldə açıqlanacaq. Versiyalardan birinə əsasən yarışma sosial məsafəli şəkildə keçiriləcək. Beləliklə, "Ahoy Rotterdam" konsert zalında tamaşaçı sayı məhdud olacaq. Tamaşaçılar 0 ilə 80 faiz arasında olacaq. Niderlanda gələcək nümayəndə heyətinin sayı məhdud olacaq və 500 nəfər mətbuat mərkəzində, 1000 nəfər rəqəmsal mühitdə qəbul ediləcək.

Digər versiyada isə iştirakçıların səyahəti məhdudlaşdırılacaq. "Ahoy Rotterdam"da tamaşaçı sayı azaldılacaq. Niderlanda gələ bilməyən nümayəndələr öz ölkələrindəki studiyalarda çıxış edəcəklər. Mətbuat mərkəzi rəqəmsal şəkildə aparılacaq və 1500 nəfər layihəyə cəlb ediləcək.

Üçüncü versiyaya görə isə "Eurovision" karantində olacaq. Niderland yenidən karantinə alınarsa, yarışma tamaşaçısız keçiriləcək və təmsilçilər öz ölkələrindəki studiyalarda çıxış edəcəklər. Mətbuat mərkəzi rəqəmsal şəkildə aparılacaq və 1500 nəfər layihəyə cəlb olunacaq. 

Qeyd edək ki, mayın 18-dən 22-nə kimi nəzərdə tutulan yarışmada Azərbaycanı Samirə Efendi təmsil edəcək.