Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi
1476 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Əlican Əzizov vəfat edib.

Axşam.az xəbər verir ki, bu haqda onun uzun illər çalışdığı Gəncə Dövlət Dram Teatrı məlumat yayıb.

Bildirilib ki, Ə.Əzizov 68 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əlican Süleyman oğlu Əzizov 1952-ci il fevralın 23-də anadan olub. 1996-cı ildən Gəncə Dövlət Nizami Poeziya Teatrında yaradıcılıq fəaliyyətini davam etdirmiş və 2000-ci ildə Respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüşdü. Ümumilikdə ömrünün 30 ilə yaxın müddətini teatr sənətinə həsr edib. 2006-cı ildə o, Prezident mükafatına layiq görülüb.