Bu rəsm əsəri rekord qiymətə satıla bilər

Bu rəsm əsəri rekord qiymətə satıla bilər
697 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikalı rəssam Jan-Mişel Baskinin 1982-ci ildə çəkdiyi "Döyüşçü" adlı rəsm əsəri Honkonqda hərraca çıxarılacaq.

Axşam.az xəbər verir ki, əsərin qiymətləndirmə dəyəri 31 milyon dollardan 41 milyon dollara qədərdir. Lakin rəsmin Jan-Mişel Baskinin "Adsız" əsərindən daha baha satılacağı ehtimalı da var. "Adsız" 1982-ci ildə 110,5 milyon dollara satılmışdı.

Qeyd edək ki, "Döyüşçü" - taxta panellərdə qılınc və kəllə fiquru kimi təsvir edilən böyük rəsm əsəridir. O, yağlı və aerozol boyalarla çəkilib.