Nazir Türkiyədə yaşayan azərbaycanlı incəsənət nümayəndələri ilə görüşüb

Nazir Türkiyədə yaşayan azərbaycanlı incəsənət nümayəndələri ilə görüşüb
407 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət naziri Anar Kərimovun Türkiyədə yaşayıb fəaliyyət göstərən bir qrup azərbaycanlı mədəniyyət və incəsənət xadimi ilə görüşü keçirilib. 

Mədəniyyət Nazirliyindən Axşam.az-a verilən məlumata görə, görüşə Xalq artisti, TRT Ankara Radiosu xorunun bədii rəhbəri və dirijoru Elnarə Kərimova, Xalq artisti, rejissor Əflatun Nemətzadə, Əməkdar artist, skripkaçı Toğrul Qəniyev, rəssam, heykəltəraş Səid Rüstəm, pianoçu, Ankara Universiteti Konservatoriyasının müəllimi Gülər Dəmirova, müğənni, “O səs Türkiyə” müsabiqəsinin qalibi Elnur Hüseynov, pianoçu Nərminə Qəniyeva və başqaları qatılıb.

Görüşdə Türkiyədə azərbaycanlı mədəniyyət xadimlərin fəaliyyəti, qardaş ölkədə, eləcə də dünyada Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği, bu istiqamətdə Azərbaycanın Mədəniyyət Nazirliyi ilə əməldaşlıq, mümkün layihələr barədə fikir mübadiləsi aparıldı, ortaya çıxan bəzi problemlər və onların həlli yolları barədə danışılıb.