Kemal Sunalın qızı ana oldu

Kemal Sunalın qızı ana oldu
3256 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərhum aktyor Kemal Sunalın qızı Ezo Sunalın qız övladı dünyaya gəlib.

Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, bununla bağlı Ezonun qardaşı Ali Sunal sosial şəbəkədə “Ailəmizə xoş gəldin, gözəlim Nova” sözlərini yazaraq paylaşım edib.

Kemalın həyat yoldaşı Gül isə İnstaqram hesabında “Kemal, daha bir qız nəvəmiz oldu. Adını Nova qoyduq. Mənası “parıladayan ulduz” deməkdir. İnşallah, həyatı işıqlı və parlaq olar” sözlərinin yer aldığı status yayımlayıb.

Yeni doğulan Novanın boyu 51 santimetr, çəkisi isə 3 kq. 880 qramdır.

Qeyd edək ki, Ezo 2018-ci ildə musiqiçi Ömer Öztüyenlə ailə həyatı qurub.