Acı bibərin bu faydasını bilirdinizmi?

Acı bibərin bu faydasını bilirdinizmi?
1978 dəfə oxunub
  • A-
  • A
  • A+

İstifadəsi uzun illər əvvələ dayanan acı bibər sağlamlıq üçün faydalı olduğundan mütəmadi olaraq istifadə edilir.

Axşam.az xarici KİV-ə istinadən bildirir ki, bu tərəvəz orqanizimi xəstəliklərdən qorumaqla yanaşı, xoşbəxtlik də bəxş edir. 

Belə ki acı bibər, insana xoşbəxtlik hissi verən endorfin hormonunu tərkibindəki kapsaisin maddəsini artıraraq bədəni rahatlaşdırır və stressi azaltmağa kömək edir.

Qida mütəxəssisləri bu tərəvəzin C vitamini ilə zəngin olduğunundan onun tərkibindəki kapsaisinin maddəsi insanda yanma hissi yaratdığını bildiriblər. Buna görə də, acı bibər mütləq normasında qəbul edilməlidir.

Müəyyən edilən miqdardan artıq qəbul edilərsə, bu zaman xoşbəxtlik hissi verən endorfinin təsiri yox olur. Acı bibər dövrümüzün ən çox yayılan revmatizm xəstəliyinin də qarşısını alır. Bununla yanaşı qida borusunun sağlamlığını təmin edir.