Bu qidalar beynin düşmənidir

Bu qidalar beynin düşmənidir
2229 dəfə oxunub
  • A-
  • A
  • A+

Qəbul etdiyimiz qidaların orqanizimimizə müsbət və mənfi təsirləri var. Bəzi qida məhsulları var ki, onlar beynin birbaşa düşmənidir.

Axşam.az Rusiya mətbuatına istinadən həmin qidaları təqdim edir:

Qızardılmış yeməklər

Qızardılmış yeməklər beyin damarlarını tıxayır və onun koqnitiv funksiyasını aşağı salır. Bu isə gələcəkdə altsheymer xəstəliyinə səbəb olur. Alimlərin araşdırmalarına görə, hər gün qızardılmış yemək yeyən insanlarda yaddaş və bilik qabiliyyəti az olur.

Ağ düyü

Alimlərin təcrübələri sübut edib ki, bu qidaları qəbul edən şəxslərdə psixi narahatlıq və depressiya çox yaşanır. Ağ düyü yaddaş və intellekti azaldır.

Qazlı şirin içkilər

Bu içkilərin tərkibində olan bir çox maddələr diabetli xəstələr üçün yolverilməzdir. Bu maddələr beyinə pis təsir edir, baş ağrılarına səbəb olur və yuxusuzluq verir. Hər gün qazlı şirin içkilər qəbul edənlərdə yaddaş zəifliyi müşahidə olunur.