"Səs-küy istəsəydim, lap irəli gedib öpüşərdim"

"Səs-küy istəsəydim, lap irəli gedib öpüşərdim"
4612 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Delyne "Buraxma" adlı ilk işini təqdim edib. Açıq-saçıq səhnələrin yer aldığı ekran işi son günlər ən çox müzakirə edilən kliplərdən olub.

Delyne Axşam.az-a açıqlamasında cəsarətli klipindən danışaraq bunları deyib:

"Ssenari mahnıya uyğun yazılıb. Burada soyunmamışam. Sadəcə, sevgi və ehtirası mənim kimi cəsarətli təqdim edə bilən müğənni yoxdur. Onlardan göz yorulub. Bu sərhəddi aşmağın vaxtıdır. Səhnələri əvvəldən belə görürdüm, rejissor da istədiyimi mənə verdi. Səbəb səs-küy yaratmaq yox, keyfiyyətli iş təqdim etmək idi. Bu mahnıya başqa cür klip çəkilə bilməzdi. Əgər səs-küy istəsəydim, lap irəli gedib öpüşərdim də. Amma buna ehtiyac yoxdur, bu kadrları estetik və zövqlü təqdim etdim. İdeya bütün komandaya aiddir".