"Oskar 2021"in aparıcıları onlardır - Fotolar

"Oskar 2021"in aparıcıları onlardır - Fotolar
1075 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu il keçiriləcək 93-cü "Oskar" film mükafatlarının təqdimetmə mərasiminin aparıcıları bəlli olub.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları İnstaqramda məlumat yayıblar.

Aprelin 26-da keçirilməsi planlaşdırılan mərasimin aparıcıları Hollivud ulduzu Bred Pitt və aktrisa Zendaya olacaq.

Gecədə qızıl heykəlcikləri isə Rene Zellveger, Riz Uizerspun, Holli Berri, Xoakin Feniks, Lora Dern, Harrison Ford kimi məşhurlar təqdim edəcəklər.

Qeyd edək ki, mükafatlandırma mərasimi "ABC" kanalında canlı yayımlanacaq.