Artıq Ramazan ayının 9-cu günüdür. Hər gün 16 saatdan çox ac qaldığınız üçün düzgün qidalanmaq şərtdir.
Axşam.az iftara hazırlamaq üçün bir neçə təamı sizlərə təqdim edir:
Pomidor şorbası
Tərkibi:
2 ədəd orta ölçülü pomidor
1 çay qaşığı tomat pastası
1 xörək qaşığı un
1 xörək qaşığı kərə yağı
1 stəkan su
Duz, istiot
Holland pendiri
Hazırlanma qaydası:
Öncə pomidorların qabığı soyulub, duz qatılıb, kərə yağında qovrulur. Suya tomat və un əlavə edilib, yaxşıca qarışdırılır və qovrulmuş pomidorun üzərinə tökülür. Sonra blenderle qarışdırılır. 10 dəqiqə az odda bişdikdən sonra şorba hazırdır. Pomidor şorbasını süfrəyə verən zaman, üzərinə sürtgəcdən keçirilmiş holland pendiri səpilir.
Bananlı desert
Tərkibi:
2 ədəd banan
1 lay qat-qat xəmir
120 qram şokolad yağı və ya qatılaşdırılmış süd
1 ədəd yumurta
150 qram şokolad
Hazırlanma qaydası:
2 bananı 12 bərabər hissələrə bölün və qabığını soyun. Qat-qat xəmiri oxlovla yüngülcə yayın. Doğranmış bananları eninə xəmirin üzərinə düzün. Hər banan diliminin enində təxminən 3-5 sm-lik zolaqlar kəsin. Şokolad yağını mikrodalğalı sobada ilıdın və bananların üzərinə tökün. Rulet şəklində səliqəli bükün. Soba sinisinə silikon keks qəlibini yerləşdirin. Qəlibin kənarlarından xəmirə bükülmüş bananları qoyun. Üzərinə çırpılmış yumurta yaxın, keks qəlibinin də içərisinə şokolad yerləşdirin. 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.
Tərəvəzli badımcan dolması
Tərkibi:
Badımcan
Bibər
Pomidor
Soğan, sarımsaq
Duru yağ
Duz
Hazırlanması:
Badımcanı yarıqabıqlı orta ölçüdə uzunsov kəsin. Duzlu suda yarım saat saxlayın. Daha sonra duru yağda qızardıb başqa qaba qoyun. Ayrı tavada soğan və sarımsaqları qovurun. Üzərinə kub şəklində doğradığınız bibərləri əlavə edin. Son olaraq, qabığı soyulmuş kub şəklində doğranmış pomidor əlavə edilir və bişirilir. Zövqə görə, ədviyyat əlavə edə bilərsiniz. Qızardılan badımcanların bir ucuna bu içlikdən qoyulub rulon şəklində bükülür. İstədiyiniz