Məsud və Aminədən örnək addım

Məsud və Aminədən örnək addım
1395 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin məşhur cütlüyü, futbolçu Məsud Özil ilə Aminə Gülşe örnək davranışlarıyla gündəm olublar.

Axşam.az xəbər verir ki, cütlük "Taybe" uşaq evində qalan azyaşlılara yardım edib. Onlar Ramazan ayında sahibsiz uşaqlara iftar süfrəsi açacaq.

Qeyd edək ki, M.Özil daha öncə də İngiltərədə 50 min evsiz, şiddətə məruz qalan qadınlara və ehtiyac sahibi tələbələrə azuqə yardımı etmişdi.